Ermənistanın hakim “Mənim addımım” fraksiyasının deputatı Lüsina Bədəlyanın anası etiraz aksiyası iştirakçılarının üzərinə qaynar su töküb.
“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.Bir qrup şəxs L.Bədəlyanın istefası tələbi ilə onun paytaxt Yerevanda yaşadığı evin qarşısında aksiya keçirib.
Deputatın anası aksiya iştirakçılarının üzərinə qaynar su tökərək qışqırıb: “Buradan tez rədd olun!".