Rusiyaya məxsus avtobusda rusca danışmaq tələbi - DAVA

Rusiyaya məxsus avtobusda rusca danışmaq tələbi - DAVA backend

Sankt – Peterburq – Minsk marşrutu üzrə hərəkət edən sərnişin avtobusunda rus millətçisi bir gürcüyə hücum edib.

Avtobusda mobil telefonla gürcü dilində danışmaq gürcüyə baha başa gəlib. İçkili olan rus gürcünü nalayiq sözlərlə təhqir edərək: “Rusiyaya məxsus avtobusda rusca danışmaq lazımdır və mən rus olmayanları sevmirəm” - deyə qışqıraraq ona hücum edib.

Qazilər.az saytı gürcü mətbuatına istinadən xəbər verir ki, vəziyyət gərginləşdiyinə görə, artıq yolda olan avtobusun sürücüsü polisə müraciət edib. Yalnız bundan sonra burnu və dodağı əzilmiş rus avtobusdan düşürdülüb. Onun sonrakı vəziyyəti naməlum qalıb. Gürcü isə yoluna davam edib.
Diaspora