Ermənistan erməniləri: "Qarabağlı ermənilər, rədd olun Qarabağa!"

Ermənistan erməniləri: "Qarabağlı ermənilər, rədd olun Qarabağa!" backend

Qarabağ müharibəsinin başa çatdığını düşünənlər yanılır.

Əsl savaş indi Ermənistandakı ermənilərlə Qarabağdakı ermənilər arasında başlanır.

Daha doğrusu, Qarabağdan Ermənistana köçən və qaçanlarla yerli əhali arasında.

Mili.Az bildirir ki, irəvanlı ermənilər, yəni "yerevansi"lər aşkar şəkildə deyirlər ki, qarabağlı ermənilərə, yəni "karabaxtsi"lərə nifrət edirlər.

"Torpaq istəyirsiniz, ev istəyirsiniz, pul istəyirsiniz. Bəs biz Qarabağda savaşda həlak olmuş gənclərimizi, onların həyatlarını kimdən tələb edək?! Siz ev də əldə edəcəksiniz, pul da. Amma övladlarımızı qaytara biləcəksiniz?! Qarabağlı ermənilər uğrunda həlak olmuş ermənistanlıları geri döndərə biləcəksiniz?! Özüm iki ay müxtəlif xeyriyyə fondlarının işinə qatıldım. Nə qədər qarabağlı erməni kişinin ailələri ilə birlikdə olduqlarını gördüm. Niyə müharibəyə getmədiniz?! İndi tormağımıza gəlir, nə isə istəyir, bizi terrora məruz qoyursunuz. Lal ola bilərsiniz?! İndi sizə o qədər yardımlar gələcək ki... Sizə hər şey verəcəklər. Amma oğulları həlak olan ermənistanlı analar matəm paltarındadır. Lal olun, susun - artıq sizdən iyrənirik! Kimdən nə tələb edirsiniz? Nə?! Torpaqlarınızı kimlərnin satdığını əla bilirsiniz, gedin ondan nə isə tələb edin!"

Əslində, Ermənistandakı ermənilər həmişə qarabağlı həmcinslərinə nifrət ediblər, onları "türkdən dönmə" adlandırıblar.

İndi bu nifrət daha da güclənib.

Diaspora