Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ilkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Bakıxanov qəsəbəsində beşmərtəbəli binada baş verən yanğın söndürülüb

