Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 1 dekabrdan Azərbaycana təhvil verilməlidir.
Qazilər.az bildirir ki, bununla əlaqədar, Laçın rayonundan çıxıb Ermənistana getmək istəyən ermənilər nəqliyyat vasitəsi tapmırlar.Sosial şəbəkələrin erməni seqmentində qeyd olunur ki, noyabrın 30-na qədər Laçından çıxmalı olan ermənilərə əşyalarını daşımaq üçün yük maşınları lazımdır, dövlət isə onlara lazımi köməyi göstərmir. Bu məqsədlə imkanı olanlardan həmin şəxslərə yük maşınları göndərərək kömək etmələri xahiş olunub.
Bütün bunlar bir daha sübut edir ki, Ermənistanda vətəndaşlarına kömək etmək iqtidarında olan bir hakimiyyət yoxdur.