Şair Nisə Bəyim (Rəhimova) vəfat edib.
Qazilər.az APA-ya istinadla xəbər verir ki, bu barədə onun qardaşı oğlu Toğrul Rəhimli "Facebook"da yazıb.Nisə Bəyim 1955-ci ildə Sabirabadda anadan olub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunub.
"Arazım, Xan Arazım", "İlahi vaxt", "Əbədiyyət", "Himn", "Ürək simfoniyası" poemaları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilib.
Ədəbi mühitdə poeziya nümunələri ilə bərabər, "Dəniz yuxusu", "Günəş ovu", "Doğmalıq" hekayələri, "İtirilmişlərdən biri", "Bütün həqiqətlər sözlərdədir", "Poeziya haqqında", "Sorun ki, bu nə sevdadır", "Ey Yazıq, sənə zülm eləmişlər", "Bütün həqiqətlər məndədir...", "Klassik notlar", "Aran uşağı haqqında hekayət", "Bağlı vaxt" esse və publisist məqalələri də maraqla qarşılanıb.
"Yerə, Göyə, Tanrıya", "İlahi Vaxt", "Ulduz səsləri", "Ayla, Günlə bərabər" və başqa kitabların müəllifidir.
Allah rəhmət eləsin.