Dünən axşamdan bəzi sosial media istifadəçiləri "Tik-tok"da video paylaşaraq "Amin əsirlikdən geri qayıtdı" deyə dezinformasiya tirajlayırlar.
Qazilər.az Publika.az-a istinadla xəbər verir ki, videodakı şəxs AzTV-nin əməkdaşı Cavad Ağayevin oğlu Nəriman Ağayevdir.Nəriman da 44 günlük müharibənin aslanlarındandır. Sağ-salamatdır, hərbi hissəyə geri qayıdıb.
Tezliklə erməni əsirliyində olan bütün azərbaycanlıların, eləcə də Aminlə Bayramın da azadlığa qovuşacağına inanırıq.
