Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə vəfat edib.
Qazilər.az APA-ya istinadla xəbər verir ki, bu barədə onun oğlu Adnan Hacızadə özünün facebook səhifəsində yazıb."“Hikmət Hacızadə dünyasını dəyişdi. Hikmət bəy insult keçirib. Atam saat 11.30-da Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Pandemiya ilə əlaqədar olaraq, heç bir yas mərasimləri nəzərdə tutulmayıb. Çox sağ olun”, - deyə o bildirib.