Ermənistan Fövqəladə Hallar naziri istefa ərizəsi yazıb

Ermənistan Fövqəladə Hallar naziri istefa ərizəsi yazıb backend

Ermənistanın Fövqəladə Hallar naziri Feliks Tsolakyan istefa ərizəsi yazıb.

APA xəbər verir ki, bu barədə RİA Novosti-yə nazirliyin mətbuat katibi Anna Bağdasaryan məlumat verib.

"Nazir bu gün istefa ərizəsi yazıb, lakin bununla bağlı hələ heç bir qərar verilməyib”, - deyə Bağdasaryan əlavə edib.

Qeyd edək ki, Tsolakyan müxtəlif illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, prezidentin Nəzarət xidmətinin rəhbəri, Dövlət Vergi Xidmətinin rəhbəri, Şirak bölgəsinin qubernatoru vəzifələrində çalışıb. 2018-ci ilin oktyabr ayında Fövqəladə Hallar naziri vəzifəsinə təyin edilib.
Diaspora