Ermənistan Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Artsrun Ovannisyana naməlum şəxslər hücum edib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə A.Ovannisyan öz “Facebook” səhifəsində deyib.Onun sözlərinə noyabrın 9-dan başlayaraq ünvanına müxtəlif təhdidlər alıb. Ötən gecə isə iki nəfər ona hücum edib.
A.Ovannisyan bildirib ki, təhdidlər davam etdiyi üçün polisə müraciət edib.
Qeyd edək ki, Artsrun Ovannisyan Dağlıq Qarabağda münaqişə davam edərkən gündəlik brifinqlər zamanı Ermənistan ordusunun “uğurları” barədə məlumatlar verirdi.