Dağlıq Qarabağdakı müharibə dövründə Ermənistan baş naziri Nikol Paşinyana 4 750 hərbçinin həlak olması məruzə edilmişdi.
Qazilər.az “Report”a istinadla xəbər verir ki, bu barədə ölkənin Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikayel Minasyan “Facebook” səhifəsində paylaşım edib. Bunlardan 2 250 nəfərin morqlarda olduğu, 1 100 nəfərin isə itkin düşdüyü qeyd olunub.“İlk günlərdən həqiqi ölümləri gizlətmək üçün rüsvayçı və kədərli proses başlandı”, – keçmiş diplomat deyib. O, bunu baş nazir Nikol Paşinyan və həyat yoldaşının şəxsi təşəbbüsü ilə etdiklərini diqqətə çatdırıb:
“Bunlar XXI əsrin Ermənistanında, nəyisə gizlətməyin mümkün olmadığını zənn etdiyimiz ölkədə baş verir. Sən demə, ölmüş uşaqlarımızın meyitlərini saatlarla soyuducularda gizlədə bilirlər. Nə var-nə var Nikol və Anna gündəlik orta hesabla 30 nəfərədək ölümü açıqlamağa icazə veriblər”.
Qeyd edək ki, mövcud rəsmi məlumata görə, Ermənistan tərəfindən döyüşlərdə 2 317 nəfər həlak olub.