Rusiyada dəhşətli hadisə baş verib. Belə ki, 4 məktəbli yolu keçərkən istilik magistralında boru partlayıb və yerin altından qaynar su fontan vurub. Nəticədə 12 yaşlı qızlar yanıq xəsarəti alıblar.
360 TV-nin məlumatına görə, qorxunc hadisə Dzerjinskiy şəhərində baş verib.Uşaqlar xəstəxanaya yerləşdiriliblər.
İstintaq Komitəsi artıq “səhlənkarlıq” faktı ilə cinayət işi açıb.
Oxu.az