Razılaşmaya uyğun olaraq ermənilər Kəlbəcəri tərk edirlər.
Qazilər.az bildirir ki, “BBC News” kanalının Kəlbəcərdən hazırladığı reportaj da bunu təsdiq edir.BBC-nin reportajında ermənilərin Kəlbəcəri tərk etmələri əks olunub. Reportajdan məlum olur ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. Ermənilər apara bilmədiyi hər şeyi isə yandırır, məhv edirlər. Xüsusən Kəlbəcərdə meşələri və evləri yandırmaqla daha çox ziyan vurmaq istəyirlər. Bütün bu faktlar bir daha Azərbaycana aid ərazilərdə ermənilər tərəfində maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunmasının indi də davam etdiyini sübut edir.
Qeyd edək ki, hələ oktyabrın 28-də Prezident İlham Əliyev bu faktı “İnterfaks”a müsahibəsində bildirmişdi:
“Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”.
“BBC News” kanalının ermənilərin Kəlbəcər rayonunda ekoloji terrorlar törətməsi ilə bağlı hazırladığı reportajı təqdim edirik: