Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Azərbaycan hərbçiləri tərəfindən vurulan Mi-24 helikopterinin heyət üzvlərinin adlarını açıqlayıb.
Qazilər.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.“Bilirsiniz ki, dünən baş vermiş faciəvi insident nəticəsində iki yoldaşımız – Ermənistandakı Rusiya hərbi bazasında xidmət aparan pilotlarımız həlak olub. Bunlar mayor Yuri İşuk və baş leytenant Roman Fedindir”, - deyə V.Putin bildirib.
Putin həmçinin hadisə nəticəsində yaralanan pilot-operatorunda tezliklə sağalmasını arzu edib.