Rusiya hərbi yük təyyarələri Ermənistana gəlməyə başlayıb.
Qazilər.az bildirir ki, bu barədə "Avia Pro” xəbər verir.Bildirilir ki, bir sıra mənbələrə görə, Rusiyanın hərbi yük təyyarəsi "İl-76” Mozdokdan Erebuni hərbi hava bazasına enib. Yükün nədən ibarət olduğu naməlum olaraq qalır, ancaq hava gəmisinin ictimaiyyətə açıq izləmə mənbələri tərəfindən izlənmədiyi bildirilir.
Uçuş transponderlər söndürülmüş vəziyyətdə həyata keçirilsə də, "Zapiski Oxotnika” "Telegram” kanalı tərəfindən ekipaj üzvlərinin danışıqlarının yayılması mümkün olub.
Söhbət Mozdokdan havaya qalxaraq Xəzər dənizinə doğru irəliləyən və daha sonra İran ərazisindən keçərək Ermənistanın hava məkanına daxil olan 78847 nömrəli "İl-76” təyyarəsindən gedir.
"Təsdiqlənməmiş məlumata görə, "İL-76” 78847 Rusiya Aerokosmik Qüvvələri Mozdokdan Erebuni hava bazasına daxil olub”, - deyə "Telegram” kanalında bildirilir.
Daha əvvəl 78847 nömrəli "İl-76”nın Suriyaya bir neçə uçuş həyata keçirdiyi məlumdur, lakin onun son uçuşları barədə məlumat əldə etmək hələ mümkün olmayıb.
Erebuni hərbi aviabazasına gələn təyyarənin göyərtəsində hansı yükün ola biləcəyi məlum deyil.
Oxu.az