Ermənistan ordusu yenə Azərbaycanın pilotsuz uçan aparatını vurduğunu iddia edib.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə məlumat Ermənistan Müdafiə Nazirliyinə yaxın Teleqram kanallarında yerləşdirilib. Məlumatda vurulan PUA-nın AN-2 olduğu bildirilib.Erməni tərəfi bu PUA-nın Azərbaycan-Türkiyə istehsalı olduğunu açıqlayıb.
Qeyd edək ki, dünyada AN-2 adında heç bir PUA yoxdur. AN-2 SSRİ istehsalı olan çoxfunksiyalı təyyarədir. Bu təyyarə “kukuruznik” adıyla məşhurdur və kənd təsərrüfatında istifadə olunur.