Düşmən yenidən Bərdəni atəşə tutdu: 16 yaşlı yeniyetmə həlak oldu - RƏSMİ

Düşmən yenidən Bərdəni atəşə tutdu: 16 yaşlı yeniyetmə həlak oldu - RƏSMİ backend

Bu gün Ermənistanın silahlı qüvvələrinin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat yayıb.

Bildirilib ki, bu gün saat 16:00 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Diaspora