Xəzər dənizində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 16:16-da qeydə alınıb.Zəlzələ Xaçmaz rayonunda bəzi insanlar tərəfindən hiss olunub.
Zəlzələnin maqnitudası 4,6, dərinliyi 62 kilometr olub.