Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atması nəticəsində iki nəfərin ölməsi ilə yanaşı bir neçə kənd sakini də ağır yaralanıb.
Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı terror əməlləri davam edir.Trend xəbər verir ki, Ermənistan Ordusu tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinə atılan raket nəticəsində ölənlərin sayının 4-də çatdığı deyilir.
*****
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.
Onlar xəstəxanaya aparılıb. Yaralılardan içərisində azyaşlılar da var.
*****
“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi amansızca pozaraq Azərbaycanın Bərdə rayonundakı dinc əhaliyə raketlərlə hücum edib”.
Qazilər.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Bu dəhşətli hücum nəticəsində bir mülki şəxs həlak olub və dörd dinc sakin isə yaralanıb. Ermənistanın hərbi cinayətlərinə son qoyulmalıdır”, - o qeyd edib.