“Zvezda” telekanalı Azov dənizində “General Həzi Aslanov” tankerində partlayışdan sonra heyət üzvləri ilə dispetçerlər arasında danışıqların yazısını yayımlayıb.
Belə ki, ekipaj üzvlərindən biri üç nəfərin dənizə düşdüyünü ehtimal edib. O, həmçinin, ikinci və birinci çənlərin partlaması barədə də xəbər verib.“Göyərtədəki axtarışlar uğursuz oldu. Hazırda qoşqular yaxınlaşır, insanlar, ekipajın bir hissəsi köçürülür”, - deyə o əlavə edib.
Bundan başqa, danışıqlardan belə çıxır ki, partlayış nəticəsində gəmi səmtini və idarəetməsini tamamilə itirib.
“Heç bir şey işləmir, maşınlar işləmir, idarəetmə tam itirilib”, - deyə bir heyət üzvü bildirib.