Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə düçar olan Ermənistan işğal altında saxladığı digər əraziləri tərk etməmək üçün sərhədlərə Rusiya bayrağı sancıb.
Qazilər.az xəbər verir ki, bu barədə ətraflı Türkiyənin ensonhaber.com saytında məlumat dərc edilib.Hər fürsətdə terror təşkilatları kimi hərəkət edən Ermənistan etdiyi hərəkətlərlə bunu sübut edir. Belə ki, bölgəyə sahib olan Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan qadın manekenlərdən sonra indi də Rusiya bayraqlarını sancmaqla cəbhə xəttini qorumağa əl atıb.
Türkiyə mediasında qeyd edilib ki, Ermənistanın etdiyi bu hərəkət 2017-ci ildə PKK terror təşkilatının özünü qorumaq üçün Afrində Türkiyə sərhəddinə yaxın yerlərə Rusiya bayraqlarını sancmasını xatırladıb.
PKK terror təşkilatının Afrinin Türkiyə sərhədinə yaxın məntəqəsinə sancdığı Rusiya bayrağı...
Həmin görüntülər...