Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub.
Trend-in yerli müxbirinin məlumatına görə, Ermənistanın zavodu atəşə tutuması nəticəsində ərazidə yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.