Rus jurnalist erməni ordusunun böyük itkilərinin olduğunu sübut edən foto paylaşdı, sonra sildi

Rus jurnalist erməni ordusunun böyük itkilərinin olduğunu sübut edən foto paylaşdı, sonra sildi backend

Rus müxbir Aleksandr Kots Qarabağda gedən döyüşlərdən məlumatları qərəzli şəkildə təqdim etməklə tanınır.

Qazilər.az BAKU.WS-a istinadla xəbər verir ki, Ermənistanı açıq müdafiə edən jurnalist bu dəfə özünü biabır edib.

Belə ki, jurnalist yüzlərlə qanlı xərək şəkli paylaşıb. Görüntülərdən aydın olur ki, bu materialda olan xərəklər döyüş bölgəsində istifadə olunur.

Ermənistan silahlı qüvvələrinin cəbhədə böyük itkilər verdiyini bu xərəklərə baxaraq aydın şəkildə anlamaq olur.

Qana bulaşmış xərəklərin cırılmasına baxmayaraq tikilərək yenidən istifadəyə verilməsi isə vəziyyətin daha ciddi olduğunu göstərir. Real vəziyyəti bilmədən təqdim edən Kots daha sonra sözügedən kadrı tələsik silib.

Görünür, xidmət etdiyi Ermənistan hakimiyyətinin senzurasına tuş gəlib.
Diaspora