Azərbaycanlı televiziya aparıcısı təyyarəsini satır

Azərbaycanlı televiziya aparıcısı təyyarəsini satır backend

Rusiya televiziya məkanında tanınan azərbaycanlı aparıcı Nailə Əsgərzadənin adı mətbuatda həm də qalmaqallarla çəkilir.

Onun VTB-nin rəhbəri Andrey Kostinlə münasibətlərindən çox yazılır.

Qazilər.az Bizimyol.info-ya isitinadla xəbər verir ki, bank prezidentinin Nailə Əsgərzadəyə milyonlar xərclədiyi iddia olunur. 2020-ci il ərzində Rusiya mətbuatında bununla bağlı ardıcıl yazılar dərc edilib.

İndi qonşu ölkə jurnalistləri yazır ki, azərbaycanlı aparıcı qadın təyyarəsini satışa çıxarıb. “Jetcraft”ın diler saytında Nailə Əsgərzadənin “Bombardier Global 6000” hava gəmisinin elanı peyda olub. Elanda qiymət yazılmayıb. Əsgərzadənin mümkün sövdələşmədən azı 35 milyon dollar gözlədiyi iddia olunur.

Korrupsiya ilə mübarizə fondunun araşdırmasına görə, Kostin sevgilisinə təyyarə ilə yanaşı, xeyli daşınmaz əmlak və 62 metrlik yaxta da alıb. Orada yaxta ilə təyyarənin ümumi dəyərinin 8 milyard rubl (100 milyon dollardan çox) olduğu yazılıb. Araşdırmanın dərc olunduğu günlərdə Əsgərzadə iddiaları təkzib etmişdi.
Diaspora