Rusiyanın Ryazan vilayətində hərbi anbarda yanğın baş verib.
Qazilər.az Progorod62.ru-ya istinadla xəbər verir ki, Skopinski rayonunda yerləşən anbarda partlayış səsləri eşidilib.Yerli sakinin sözlərinə görə, güclü partlayış olub və ətrafı tüstü bürüyüb, partlayış səsləri qonşu qəsəbələrdən də eşidilir:
- Elə bir səs-küy var ki, adamın qulağı batır!
Rəsmi mənbələr insan tələfatının olmadığını bildiriblər. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Kuzminka-2 yaşayış sahəsinin əhəlisinin təxliyyə edildiyi qeyd olunur.
Oxu.az