Gəncədə evə mərmi düşdü, 10 aylıq körpə yaralandı

Gəncədə evə mərmi düşdü, 10 aylıq körpə yaralandı backend

Ötən gün Ermənistan terrorçularının Gəncəni ağır artileriyadan atəşə tutması nəticəsində 10 aylıq körpə yaralanıb.

Qazilər.az xəbər verir ki, bu barədə “Report”un Qərb Mərkəzinə körpənin atası Xəyyam Eyyubov məlumat verib.

X.Eyyubovun sözlərinə görə, hadisə baş verən zaman evdə olmayıb: “Hadisə baş verəndə evdə deyildim. Evə gəldim gördüm ki, övladım yaralanıb. Uşağı xəstəxanaya çatdırdıq və əməliyyat olundu. Hazırda səhhəti yaxşıdır”.

Hadisə zamanı evdən yaralı körpəsini çıxaran Xəyyam dağımntılar arasında qalan bayrağı da götürməyi unutmayıb.

Qucağında yaralı vəziyyətdə 10 aylıq körpəsi, başının üzərində isə Azərbaycan Bayrağı olan X.Eyyubovun hadisə yerindən çıxıb xəstəxanaya qaçarkən çəkilən fotosu dünyanın gündəminə çevrilib.
Diaspora