Ötən gündən cəbhədəki bəzi istiqamətlərdə geri çəkildiklərini etiraf edən Ermənistanın baş naziri Nikol Paşinyan əlavə qüvvə axtarışına başlayıb.
BAKU.WS xəbər verir ki, tam səfərbərlik haqqında sərəncam verən baş nazir indi də nəqliyyat probleminin həllinə çalışır. O, ermənilərə müraciət edərək səfərbərliyə cəlb edilən gənclərə nəqliyyat dəstəyi vermələrini istəyib."Xahiş edirəm nəqliyyat problemi olanları İrəvandakı çağırış məntəqəsinə gətirilməsinə kömək edin".
Xatırladaq ki, Ermənistanda sayca üçüncü ümumi səfərbərlik elan olunub. Paşinyan 2020-ci ildə ehtiyata buraxılan hərbçilərin də səfərbərliyə cəlb edilməsi barədə qərarını açıqlayıb. Ermənistanın Baş naziri könüllülərə də müraciət edib və onlardan hərbi forma və ya gülləkeçirməyən jiletlərlərini mərkəzi hərbi komissarlığa verməyini xahiş edib.
Qeyd edək ki, Qarabağda əməliyyatların başladığı 27 sentyabr tarixindən cəbhədə 3000-dən çox erməni əsgər zərərsizləşdirilib. Yaralıların sayı minlərlədir. Ciddi itkilərə məruz qalan ermənilər cəbhədəki acı məğlubiyyətlərini taktiki gediş adı ilə ört-basdır etməyə çalışır. Separataçı rejimin nümayəndəsi bunun, taktiki və müvəqqəti geri çəkilmə olduğunu deyib. O bildirib ki, erməni ordusu bunu daha çox itki verməyin qarşısını almaq və qarşı tərəfə daha çox zərbə vurmaq məqsədi ilə edib.