Oktyabrın 4-də Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:39-da qeydə alınıb.Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.