Qarabağda quldur rejimin başçısı Araik Arutyunyan bildirib ki, Azərbaycanın Gəncə şəhərinə raket zərbələrinin atılması barədə əmr verib.
Bu barədə “Sputnik” məlumat yayır.Bu açıqlama ilə qondarma rejim başçısı özü də etiraf edir ki, Azərbaycanın ərazisində dinc, mülki əhali Ermənistandan atılan raket silahları ilə atəşə tutulub.
“Facebook”da paylaşımında Arutyunyan qeyd edib ki, onun əmri ilə Gəncə şəhərinə bir neçə raket zərbələri endirilib.
Oxu.az