İntihar edən Naidə İsayevanın atası və qardaşı ŞOK FAKTLAR AÇIQLADILAR

İntihar edən Naidə İsayevanın atası və qardaşı ŞOK FAKTLAR AÇIQLADILAR backend

Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın haqqında deyilənlər həqiqəti əks etdirmir.

Milli.Az xəbər verir ki, bu barədə Naidə İsayevanın atası, Qarabağ qazisi Namiq İsayev baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, qızı sakit, tərbiyəli və ailəyə bağlı biri olub. Məktəbdə də onun xətrini çox istəyiblər.

"İndicə prokurorluqdan çıxdıq. Baş verənləri danışdıq. Sosial şəbəkələrdə ağıllarına gələni yazırlar. Onun adından başqa-başqa şeylər paylaşıblar. Ailədə də heç bir problem olmayıb", - deyə Namiq İsayev bildirib.

Əslində nə baş verib?

Naidə İsayevanın qardaşı Nazim İsayev bildirib ki, bacısının adından səhifə açıblar və onu dəfələrlə narahat ediblər.

"Mən onsuz da ağrı yaşayıram, istəmirəm, ikinci ağrı yaşayım. Onun adından səhifə açıblar. Naidənin məktəbdən çəkilən şəklini qoyublar, yazıblar ki, "sosial mediada səni rəzil" edəcəyəm. Dəfələrlə belə şeylər olub. Evdə də heç nə bildirmirdi. İçinə salırdı.

İntim məsələsi haradan çıxdı, bilmirəm. Bu, bizim üçün ikinci zərbədir. Bunları hardan çıxarıblar? Bu şeyləri yığışdırmaq lazımdır.

Bu dağ mənim üstümdədir. Özünüzü mənim yerimə qoyun, danışın. İndi çalışırlar ki, onun adından səhifə açan adamı tapsınlar. Bütün müəllimə yoldaşları onun başına and içirdilər. Arzuları vardı", - deyə Nazim İsayev bildirib.
Diaspora