Bakıda əcnəbi iş adamı hoteldə intihara cəhd etdi

Bakıda əcnəbi iş adamı hoteldə intihara cəhd etdi backend

Bakıda intihara cəhd hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda yerləşən "Reymon” hotelində qeydə alınıb.

Gürcüstan respublikasının vətəndaşı, 1964-cü il təvəllüdlü Milkoşvili Levon Giorgiya oğlu bıçaqla özünə xəsarətlər yetirib. Yaralı çoxlu qan itirdiyinə görə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarnının ön divarının və hər iki saidin çoxsaylı kəsikləri diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat olunub və həkim nəzarətində saxlanılır.

Hadisənin təfərruatı araşdırılır.
Diaspora