Ukraynada bazarda əməliyyat keçirildi, azərbaycanlılar saxlanıldı

Ukraynada bazarda əməliyyat keçirildi, azərbaycanlılar saxlanıldı backend

Ukraynanın paytaxtı Kiyev şəhərində azərbaycanlıların da çalışdığı "Stoliçnıy” bazarında əməliyyat keçirilib. Bazarın 150-dən çox işçisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılıb.

Qazilər.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi saytında məlumat yer alıb.

Bildirilir ki, əməliyyat zamanı miqrasiya qanunvericiliyini pozan 18 nəfər saxlanılıb. Saxlanılanların əsasən Azərbaycan və Özbəkistan vətəndaşları olduğu deyilir.

Saxlanılanlardan altısının ölkədən deportasiya olunacağı gözlənilir.



Oxu.az
Diaspora