Türkiyədə saxlanıldığı bildirilən hüquqşünas Qurban Məmmədovun sərbəst buraxıldığı qeyd olunur.
Q. Məmmədovun bacısı oğlu Vüqar Məmmədovun APA-ya verdiyi məlumata görə, dayısı sərbəst buraxılıb.“Hazırda o, İngiltərəyə gedir. Axşam saatlarında Londonda olacaq”, - deyə V. Məmmədov vurğulayıb.
Qeyd edək ki, Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov atasının Türkiyədə saxlandığı ilə bağlı “Facebook”da məlumat yaymışdı. Lakin daha sonra o statusunu silib.