Kürdəmir rayonunda zəhərlənmə hadisəsi baş verib.
Qazilər.az ”Report”a istinadla xəbər verir ki, hadisə rayonun İsmət Qayıbov küçəsində qeydə alınıb.Beləki, 33 yaşlı rayon sakini Əliyeva Aynur Cümşüd qızı evdə olarkən çoxlu sayda dərman qəbul edib və zəhərlənib. Yaxınları onu dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər xəstəyə ilkin tibbi yardım göstəriblər.
Hadisənin hansı səbəbdən baş verməsi Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.