Abşeronda yol qəzasında faciə: 27 yaşlı gənc ayağını itirdi

Abşeronda yol qəzasında faciə: 27 yaşlı gənc ayağını itirdi backend

Abşeron rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Qazilər.az "Report"a istinadla xəbər verir ki, minik avtomobilində olan 1993-cü il təvəllüdlü Yusufov Murad Ceyhun oğlu zərbənin təsirindən avtomobildə ayağı sıxılmış vəziyyətdə qalıb.

O, əraziyə gələn xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

M.Yusufov əməliyyat olunub, həkimlərin səylərinə baxmayaraq, onun sağ ayağını bud nahiyəsindən amputasiya ediblər.

Faktla bağlı araşdırma aparılır.
Diaspora