“Dəzgah kralı” Anar Əliyevin qatili həbs edildi

“Dəzgah kralı” Anar Əliyevin qatili həbs edildi backend

Moskvanın cənubunda səs-küylü qətldən iki ildən çox keçəndən sonra müstəntiqlər azərbaycanlı iş adamı Anar Əliyevin qatilinin izinə düşməyi bacarıblar.

Axar.az xəbər verir ki, 42 yaşlı azərbaycanlı iş adamı Anar Əliyev 2018-ci ilin fevralında Çertanovskaya küçəsində güllələnib. A.Əliyev səhər evdən çıxıb həyətdə park edilmiş “Leksus”una oturarkən naməlum şəxs ona yaxınlaşaraq tapançadan bir neçə dəfə sinəsindən və başından atəş açıb. Bundan sonra qatil qaçıb, həkimlər isə Əliyevi bir neçə saat xilas etməyə çalışsalar da, o, reanimasiyada dünyasını dəyişib.

Anar Əliyev müxtəlif bölgələrdə onlarla kiçik satış məntəqəsinə sahiblik edirdi. Bu səbəblə ona cənubda qeyri-rəsmi olaraq “dəzgahların kralı” deyirdilər. Hüquq-mühafizə orqanların verdiyi məlumata görə əsas versiyalardan biri cinayətin biznes səbəbilə törədilməsidir.

Qeyd edək ki, Gürcüstan vətəndaşı olduğu ortaya çıxan qatil bir neçə gün öncə həbs edilib. O, qətl və qanunsuz silah ticarəti maddələri ilə ittiham olunur.
Diaspora