Ermənilər bir müddət əvvəl azərbaycanlıların İrəvanla bağlı çaşdırıcı videolarına “cavab” hazırlayıblar.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Heydər Əliyev Mərkəzinin ətrafındakı geniş və gözəl parkdan görüntülərin “kadrarxası”ndakı səs “qədim erməni şəhəri” Bakıda olduğunu bildirir və guya bu çəkilişi özü etdiyini deyir.Əsl görüntünün səsinin də gəldiyi videoda kadrarxası səsin studiyada (paralel “dorojka”da) yazıldığı ilk baxışdaca bilinir. Bunu aydınlaşdırmaq üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Azacıq diqqət etmək kifayətdir ki, parkdan gələn səsi küylü (açıq məkandan), erməni olduğunu deyən kadrarxası səsin isə küysüz (qapalı məkandan) gəldiyini aydınlaşdırasan.
Qeyd edək ki, bir müddət öncə azərbaycanlılar belə bir video yaymış, İrəvandan görüntülərin üzərinə rusca səs yazaraq paylaşmış və İrəvanda panikaya səbəb olmuşdular. Ancaq məsələ bundaydı ki, azərbaycanlılar daha peşəkar davranmışdı: onlar böyük ekran önündə İrəvanın görüntülərini çəkə-çəkə kadrarxası səsi birbaşa yazmışdılar. Bu isə səs sahibinin doğrudan da sözügedən interyerdə olduğu təəssüratı yaratmışdı.