Goranboy rayon Safıkürd kəndində baş vermiş qəzada ağır xəsarət alan digər şəxs də dünyasını dəyişib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, minik avtomobilinin ağaca çırpılması nəticəsində ağır xəsarət alan, 20 yaşlı Əli Məmmədov yerləşdirildiyi Goranboy Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.Qeyd edək ki, qəza nəticəsində daha bir nəfər, 27 yaşlı Samir Xanlarov hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
21:43
Goranboy rayon Safıkürd kəndində 1 nəfərin ölümü daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan minik avtomobilinin ağaca çırpılması nəticəsində, 1993-cü il təvəllüdlü Samir Xanlarov hadisə yerində ölüb. Avtomobildə olan digər şəxs, 20 yaşlı Əli Məmmədov isə müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılıb.
Yaralı ağır kəllə-beyin travması alıb və vətandaşlar tərəfindən Goranboy Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.