Komitə Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı məsələni araşdırır

Komitə Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı məsələni araşdırır backend

28.08.2020-ci il tarixdə kütləvi informasiya vasitələrində Bərdə rayonunda 17 yaşlı qızın 2 dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırıldığı ilə bağlı məlumatlar yayılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumta görə, məsələ operativ olaraq nəzarətə götürülüb. Məsələnin araşdırılması üçün Bərdə rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib. Monitorinqin nəticəsinə uyğun olaraq adiyyəti üzrə müvafiq tədbirlər görüləcək.
Diaspora