İstanbulda Aya Sofya məbədində Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhuna xatir Mövlud-i Şərif oxudulub.
APA-nın yerli bürosunun xəbərinə görə, ölümünün 20-ci ildönümündə anılan Ə.Elçibəyin ruhuna dualar edilib, ilahilər səsləndirilib.Mərasim Elçibəy Vəqfi tərəfindən təşkil olunub.
Qeyd edək ki, Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.
O, 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.
Ə.Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

