Məşhur xanəndənin oğlu həbs olundu

Məşhur xanəndənin oğlu həbs olundu backend

Əməkdar artist, muğam ifaçısı Süleyman Abdullayevin oğlu Cümşüd Abdullayev həbs edilib.

Qazilər.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda xanəndənin özü məlumat verib. O, açıqlamasında oğlunun məhkəmə tərəfindən üç il azadlıqdan məhrum edildiyini bildirib:

“Vəziyyətim çox pisdir, oğlum Cümşüdə məhkəmədə üç il iş verdilər. Ötən il Cümşüd qayını ilə dalaşmışdı və onu bıçaqla vurmuşdu. Bir müddət idi istintaq gedirdi və dünən məhkəmə qərarını verdi. Heç məhkəməyə də getmədim. Elə yaxınlarım, övladlarım getmişdi. Çox çalışdım ki, həbs edilməsin, amma mümkün olmadı. Cümşüdə evimdə saxlayıb böyütdüyüm məcburi köçkün ailəsinin qızını aldım. Amma axırda mənlə düşmən oldular. İndi iki nəvəm atasız qaldı. Allah səbr versin bu üç ili dözüm. Həyat yoldaşım da bir neçə il öncə dünyasını dəyişib, tək yaşayıram. Elə o vaxtdan mənə qızım baxır”.
Diaspora