Samux rayonunun Füzuli kəndi ərazisində günabaxan plantasiyalarında işləyənləri daşıyan mikroavtobus aşıb.
Qazilər.az xəbər verir ki, Bəhram Məmmədovun idarə etdiyi "Mercedes” markalı mikroavtobus hərəkətdə olan zaman önünə çıxan uzunqulağa quşulmuş qoşquya çırpılıb daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.Hadisə nəticəsində mikroavtobusda olan 11 nəfər xəsarət alıb. Onlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına aparılıblar.
Onlardan 2000-ci il təvəllüdlü Rəşad Vidadi Oğlu Orucovun və daha bir nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti normal və qənaətbəxşdir, bəziləri müayinə edildikdən sonra evə buraxılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (report.az)