Ermənistana gətirilən Livan ermənilərinin sayı açıqlanıb.
Qazilər.az APA-ya istinadla xəbər verir ki, Baş Nazirin müavini Tiqran Avinyan özünün rəsmi “Facebook” səhifəsində bildirib ki, ilk iki təyyarə reysi ilə Beyrutdan İrəvana 56 erməni gətirilib.T. Avinyanın sözlərinə görə, sonuncu reyslə isə Beyrutdan Ermənistana gətirilən Livan ermənilərinin sayı 45 nəfərdir.
Qeyd edək ki, avqustun 4-də Beyrut limanında baş verən güclü partlayış nəticəsində ən azı 171 nəfər həlak olub. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ən azı 30 nəfər hələ də itkin düşmüş hesab olunur.