Hazırda paytaxtda bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Qazilər.az bildirir ki, bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.“Sıxlıq səbəbindən bəzi müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmə yaranıb. Bu dəqiqlərdə sıxlıq olan küçələr aşağıdakılardır: Heydər Əliyev prospekti kənar yol şəhər istiqaməti, Ziya Bünyadov prospekti 20 Yanvar istiqaməti və Tbilisi prospekti 20 Yanvar dairəsi istiqaməti”, - deyə məlumatda qeyd olunub.



