İyulun 30-da Sumqayıt şəhərində, dənizin nəzarətsiz ərazisində batan şəxslərdən birinin meyiti tapılıb.
Qazilər.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir.
Qeyd edək ki, Pərviz Vəliyev mərhum şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şaiq Vəlinin oğludur.
Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub və 6 fevral 2013-cü ildə uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində 62 yaşında vəfat edib. Şairin 7 övladı dünyaya gəlib. Böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Üçüncü oğlu isə bu ölümlərlə bağlı ruhi xəstəlik tapıb.
Qaynarinfo.az