Bakıda qətl törədən şəxs tutulub.
APA-nın xəbərinə görə, iyulun 27-də paytaxtın Sabunçu rayon sakini, 1965-ci il təvəllüdlü Hüsnü Əliyev onun evində kirayə yaşayan 1994-cü il təvəllüdlü Əliyev Kamran Barat oğlu tərəfindən şəxsi münasibətlər zəminində bıçaqla qətlə yetirilib.Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Sabunçu RPİ cinayət axtarış şöbəsi və 12-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev Kamran Barat oğlu tutularaq istintaqa cəlb edilib.