Moskvada 4 azərbaycanlı həbs edildi: Kütləvi dava...

Moskvada 4 azərbaycanlı həbs edildi: Kütləvi dava... backend

Moskvanın Kuzminski məhkəməsi ermənilərlə kütləvi davada iştirak etməkdə təqsirləndirilən 4 azərbaycanlı ilə bağlı qərar verib.

Qazilər.az Musavat.com-a istinadən xəbər verir ki, onlar xuliqanlıq maddəsi üzrə təqsirkar hesab olunurlar. Məhkəmə Azərbaycan vətəndaşı Ceyhun Qiyasovla bağlı 24 sentyabradək həbs qərarı çıxarıb. Adları açıqlanmayan daha 3 azərbaycanlı barəsində də həbs qətimkan tədbiri seçilib.

Diqqətçəkən budur ki, indiyədək kütləvi davada iştirak etmiş 70-dək azərbaycanlının saxlanması barədə məlumatlar yayılsa da, azərbaycanlıları təhqir edən ermənilərlə bağlı anoloji xəbərləri görə bilmirik.

Saxlanılan 7 erməni elə həmin gün sərbəst buraxılıb.
Diaspora