Mübariz İbrahimovun şəkli ilə bağlı sərhəddə qalmaqal – “Mübarizin şəkli sizə batırmı?”

Mübariz İbrahimovun şəkli ilə bağlı sərhəddə qalmaqal – “Mübarizin şəkli sizə batırmı?” backend

Türk sürücü Gürcüstan sərhədində şəhidlərə qarşı hörmətsizliklə üzləşib.

Qazilər.az xəbər verir ki, bu barədə görüntülər Türkiyənin “Show Ana Haber” bülletenində yer alıb.

Naxçıvan duzunu Gürcüstana aparan türk sürücü sərhəddə saxlanılıb. Buna səbəb TIR-ın arxasına vurulan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla, Türkiyənin 15 iyul şəhidi Ömər Halisdemirin şəkillərinin yan-yana vurulması olub. Bundan narahat olan gürcü polisi türk sürücüdən həmin şəkilləri çıxartmasını tələb edib. Türk sürücü isə bunu əsla etməyəcəni bildirib. Nəticədə sərhəddə yaşanan utancverici hadisə siyasi qalmaqala çevrilib. Araya Türkiyənin Gürcüstandakı konsulluğu müdaxilə edib. Görüşmələrdən sonra TIR-ın keçməsinə icazə verilib.

Türk sürücü görüntülərdə bunları deyib: “Məni kənara çəkib pasportumu, vəsiqəmi aldılar. Daha sonra bu şəkilləri sökəcəksən dedilər. Niyə dedim. Axı mən Ermənistana gəlməmişəm. Sökmərəm, sökdürmərəm də... Allahın hər hansı qulu şəhidlərimin şəklini mənə sökdürə bilməz. Hələ ki, Gürcüstan heç sökdürə bilməz. Niyə Gürcüstana gələndə, xüsusilə də rəhmətlik Mübariz İbrahimovun şəkli..? Sizə batırmı?”.



Firuzə Alimova / Qazilər.az
Diaspora