Tanınmış azərbaycanlı iş qadını, blogger və dizayner Diana Ahadpur Azərbaycan Ordusunun şəhid olan əsgəri Sadıqov Vüqar Lətif oğlunun 3 övladını öz himayəsinə götürüb.
Qazilər.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.Qeyd edək ki, şəhidin ailəsi Ağstafa rayonu Yuxarı Göycəli kəndində yaşayır.
