Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının fotosu ilə saxta "Facebook" profili açılıb.
Qazilər.az bildirir ki, bu barədə Trend-ə V.Dərgahlı özü məlumat verib.Xidmət rəisi bildirib ki, həmin profil saxtadır və onun elə bir profili yoxdur: "Mənim adımdan saxta "Facebook" profili açılıb. Xahiş edirəm buna inanmayın və profili şikayət edin".